Prezident həmkarına məktub göndərdi

  25 Mart 2019    Oxunub : 1238
 Prezident həmkarına məktub göndərdi
Azərbaycan Prezidenti İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Md. Əbdül Həmidə təbrik məktubu göndərib.
Azvision.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Banqladeş arasındakı münasibətlər daim inkişaf edəcək və genişlənəcəkdir. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Banqladeş xalqına əmin-amanlıq və tərəqqi arzulayıram".

Azvision.az

Teqlər: İlham-Əliyev   Prezident   Təbrik