Nazirlik Novruzova bacılarına yardım etdi - FOTO

  22 Mart 2019    Oxunub : 1782
 Nazirlik Novruzova bacılarına yardım etdi - FOTO
Ucar rayonunun Bərgüşad kəndində yaşlı üç bacıdan - Fatma, Rəfiqə və Xədicə Novruzovalardan ibarət ailənin çətin maddi durumda yaşaması barədə sosial mediada yayılan məlumatla əlaqədar nazirliyin əməkdaşları həmin ailənin yaşadığı ünvana gedərək onların vəziyyəti ilə yerindəcə tanış olublar.
Azvision.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat yayıb.

Bildirilib ki, ailənin maddi vəziyyəti nəzərə alınmaqla ünvanlı sosial yardım proqramına cəlb olunması üçün elektron müraciət etməsinə texniki köməklik göstəriləcək. Həmçinin ailənin özünməşğulluğuna köməklik göstərilməsi üçün müvafiq işlərin görülməsi də nəzərdə tutulur.



Ailə üzvü, 2-ci qrup əlilliyi olan X.Novruzova səhhətində müəyyən ağırlaşmaların olduğunu bildirib. Bununla əlaqədar ona əlillik qrupunun 1-ci qrupa dəyişdirilməsi məqsədilə müvafiq göndərişin elektron sistemə daxil edilməsi üçün səhiyyə müəssisəsinə müraciət etməsi tövsiyə olunub və bu barədə aidiyyəti izahat verilib.

Azvision.az

Teqlər: ƏƏSMN