Metroda bayram konsertləri 3 gün davam edib

  21 Mart 2019    Oxunub : 969
Metroda bayram konsertləri 3 gün davam edib
Bakı metropoliteninin dörd stansiyasında Novruz bayramı ilə əlaqədar üç gün ərzində konsert proqramı keçirilib.
Bakı Metropoliteni” QSC-dən Azvision.az -a verilən məlumata görə, hər gün səhər saat 11-də "28 May" stansiyasında başlayan proqram daha sonra “Sahil”, “İçərişəhər” və "Elmlər Akademiyası" stansiyalarında davam etdirilib.

Proqrama simli kvartetin və milli muğam üçlüyünün canlı ifasında Azərbaycan və dünya musiqi sənətinin inciləri, folklor nümunələri daxil edilib.

Bununla yanaşı, martın 19-dan başlayaraq, üç gün ərzində “İçərişəhər” stansiyasında retro vaqonlardan ibarət qatar da nümayiş etdirilir. Bakı metropoliteninin unikal muzey eksponatı olan bu vaqonlar SSRİ metro tarixinin müxtəlif dövrlərini, metro vaqonlarının istehsalı və inkişafı tarixini özündə əks etdirir.

Vaqonlar sərnişinlərin böyük marağına səbəb olub.

Azvision.az

Teqlər: Metro   Bayram