İki ayda Azərbaycan 229 ton çay ixrac edib

  21 Mart 2019    Oxunub : 1003
İki ayda Azərbaycan 229 ton çay ixrac edib
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 1,444 mln. ABŞ dolları dəyərində 229 ton çay ixrac edib.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 197 min dollar (15,8%), həcm baxımından isə 36 ton (18,85%) çoxdur.

Bununla yanaşı, 2 ay ərzində Azərbaycan 7,254 mln. dollar dəyərində 1 963 ton çay idxal edib. Bu isə illik müqayisədə məbləğ baxımından 2,218 mln. dollar (23,4%), həcm baxımından isə 472 ton (19,6%) azdır.

Hesabat dövründə çay ixracı Azərbaycanın ümumi ixracının 0,05%-ni, çay idxalı isə ölkənin ümumi idxalının 0,3% təşkil edib. İdxal ixracı 8,6 dəfə üstələyib.

Qeyd edək ki, Azərbaycanın 2 aylıq ticarət dövriyyəsinin 3,152 mlrd. dolları ixracın, 2,166 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 42,6%, idxal isə 49,2% artıb.

Azvision.az

Teqlər: Çay