Bakı Avtovağzalından 4 gündə 60 minə yaxın sərnişin daşınıb

  21 Mart 2019    Oxunub : 1640
 Bakı Avtovağzalından 4 gündə 60 minə yaxın sərnişin daşınıb
Bakı Beynelxalq Avtovağzal Kompleksi (BBAK) bayram günlərində bölgələrə yola salınan sərnişin sayı haqqında statistik məlumatları açıqlayıb.

BBAK-dan Azvision.az –a verilən məlumata görə, 18 mart tarixində ümumilikdə 514 reyslə 14 300 sərnişin yola salınıb, 2100 sərnişin biletləri öncədən əldə edib ( online və qabaqcadan satış kassalarından).
Qeyd olunub ki, 19 mart tarixində, ümumilikdə 584 reyslə 17 800 sərnişin yola salınıb. Bu tarix üçün qabaqcadan bilet alanların sayı isə 5000 nəfər təşkil edib.

20 mart tarixində, ümumilikdeə 513 reyslə 14 742 sərnişin yola salınıb, biletleri qabaqcadan əldə edən sərnişin sayı isə 3303 nəfərdir.

21 mart tarixində bu saata qədər 6000-ə yaxın sərnişin daşınıb və gün ərzində 13-14 min olması gozlənilir.

Azvision.az

Teqlər: BBAK   sərnişin