Bakı Novruzu böyük təntənə ilə qeyd edir - FOTO

  21 Mart 2019    Oxunub : 1263
 Bakı Novruzu böyük təntənə ilə qeyd edir - FOTO
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tapşırığına əsasən, Novruz bayramı ilə əlaqədar Bakı şəhərinin bütün rayonlarında genişmiqyaslı hazırlıq işləri aparılıb.

BŞİH-nin mətbuat xidmətindən Azvision.az –a verilən məlumata görə, işlər çərçivəsində şəhərin meydan və parkları, istirahət məkanları abadlaşdırılıb, burada yaşıllıqlar salınıb, yeni gül və kollar əkilib.
“Eyni zamanda küçə və prospektlərdə, parklarda, ictimai-iaşə obyektlərində, bir sıra binaların fasadında tərtibat işləri aparılıb, Novruz atributlarının şəkilləri, müxtəlif maketlər, dekorativ bəzək elementləri, gecə işıqlandırılması quraşdırılıb.
Bayramla əlaqədar mart ayının 2-dən etibarən partaxtın bütün rayonlarında Novruz yarmarkaları fəaliyyə başlayib. Bu yarmarkalarda respublikamızın müxtəlif bölgələrindən gəlmiş fermerlər şəhər sakinlərinə müxtəlif kənd təsərrüfatı mallarını bazar qiymətlərindən xeyli ucuz təklif edirlər. Əvvəlki illərdən fərqli olaraq bayram günlərində paytaxt sakinləri və şəhərimizin çoxsaylı qonaqlarının istirahət və əylənməsi üçün əlavə tədbirlər görülüb”.



Məlumatda qeyd edilib ki, paytaxtın əsas istirahət və gəzinti məkanları olan Fəvvarələr və Sevirəm parkları, Sahil bağı, Dənizkənarı Milli Park, İçəri şəhərlə yanaşı bütün rayonlardakı əsas bağlar xüsusi olaraq bəzədilib, burada bir neçə gün davam edən bayram şənlikləri təşkil olunub. Bu parklarda böyük konsert proqramları, müxtəlif bölgələrdən gəlmiş sənətkarların əl işlərindən ibarət sərgi-satış yarmarkaları təşkil olunub. Sakinlərimiz və şəhərin qonaqlarına zəngin Azərbaycan mətbəxi nümunələri təqdim olunub. Parklar boyunca düzülmüş manqallarda bişirilən müxtəlif kabablar iştirakçılar tərəfindən xüsusi qeyd olunub”.



Məlumatda qeyd edilib ki, Novruz bayramı başa çatana kimi hər gün axşam saatlarında Fəvvarələr bağı, İçəri şəhərlə yanaşı, Bakının müxtəlif rayonlarındaki parklarda da konsert proqramları təşkil ediləcək. “Bayram günləri Nərimanov, Qaradağ, Yasamal, Səbail, Nizami, Nəsimi, Xətai, Binəqədi rayonlarında keçirilən bayram tədbirləri daha möhtəşəm və maraqlı keçib. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın mərkəzində və qəsəbələrində keçirilən bayram tədbirləri xüsusi nəzarətdə saxlanılır, KİV-lər tərəfindən geniş işıqlandırılır”.

Azvision.az

Teqlər: BŞİH   Novruz-bayramı