Qusara 28 santimetr qar yağıb

  20 Mart 2019    Oxunub : 1699
 Qusara 28 santimetr qar yağıb
Qusar rayonunun Ləzə kəndinə yağan qarın hündürlüyü 28 santimetrə çatıb.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, qar Qusarla yanaşı QubaXızı rayonlarının dağ kəndlərinə də yağıb.

Qarın hündürlüyü Qubanın Xaltan kəndində 4, Qırızda 8, Xınalıqda 7 , Xızının Altıağac kəndində isə 2 santimetr təşkil edir.

Qar yağması ilə əlaqədar temperatur mənfi 6 dərəcəyədək aşağı düşüb. Ən aşağı temperatur Ləzə kəndində qeydə alınıb. (AzərTAc)

Azvision.az

Teqlər: Qar