Ölkəmizə bahar gəlir: 21 mart, saat 01:58-də

  20 Mart 2019    Oxunub : 1576
 Ölkəmizə bahar gəlir: 21 mart, saat 01:58-də
Sabah Azərbaycana yaz gəlir. Azvision.az xəbər verir ki, yaz fəsli Azərbaycana martın 21-i Bakı vaxtı ilə saat 01:58-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək.
Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində yaz fəsli başlanacaq.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Yaz   Fəsil