Maşınlardan oğurluq edənlər tutulub

Maşınlardan oğurluq edənlər tutulub
  19 Mart 2019    Oxunub:1900
Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinənlər polis əməkdaşları tərəfindən yaxalanıblar.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 16-da Bakı şəhər sakini V.Mahmudovun “Mercedes” markalı avtomobilindən 200 manat və gödəkçə oğurlamaqda şübhəli bilinən paytaxt sakini N.Cəfərov saxlanılıb.

Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə E.Ağazadənin “BMW” markalı avtomobilindən noutbuk və sənəd oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini S.Pənahov saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Oğurluq   Bakı  





Xəbər lenti