Həftə ərzində 960 fermerə təlim keçirilib

  18 Mart 2019    Oxunub : 1050
Həftə ərzində 960 fermerə təlim keçirilib
Kənd Təsərrüfatı Nazirliyinin Elm və təhsil şöbəsinin hazırladığı tədbirlər planına uyğun olaraq, bu həftə ərzində Azərbaycanın bölgələrində fermerlərə kənd təsərrüfatı fəaliyyətinin müxtəlif sahələrinə dair 61 təlim keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azvision.az -a verilən məlumata görə, Təhsil və təlim şöbəsi 6, Baş Dövlət Texniki Nəzarət Xidməti 20, Aqrar Elm və İnnovasiya Mərkəzi 22, “Aqrolizinq” ASC 6, Azərbaycan Dövlət Aqrar Universiteti 1, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti 1, Dövlət Baytarlıq Xidməti 5 təlim keçib. Təlimlərə, ümumilikdə, 962 iştirakçı cəlb olunub. Təlimlər Bakı şəhərini və 40 rayonu əhatə edib. Tədbirlər planına uyğun olaraq, fermerlərə kənd təsərrüfatının müxtəlif sahələrinə dair mövsümi işlərlə bağlı təqdimatlar keçirilib, informasiya-məsləhət xidməti təşkil olunub.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərə il boyu ən müxtəlif sahələr üzrə təlimlər keçirilir.

Azvision.az


Teqlər: