Dövlət Komitəsi gücləndirilmiş iş rejiminə keçir

Dövlət Komitəsi gücləndirilmiş iş rejiminə keçir
  18 Mart 2019    Oxunub:3217
Dövlət Gömrük Komitəsi bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Komitədən Azvision.az -a verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin sərəncamına əsasən qarşıdan gələn Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə rəsmiləşdirilməsi, vətəndaşların, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə gömrük-sərhəd keçid məntəqələri və Komitənin aidiyyəti qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Azvision.az




Teqlər: Gömrük   DGK  





Xəbər lenti