Hüquq müdafiəçiləri İlham Əliyevə təşəkkür etdilər

   Hüquq müdafiəçiləri İlham Əliyevə təşəkkür etdilər
  18 Mart 2019    Oxunub:1968
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvləri, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı prezident İlham Əliyevə təşəkkür ediblər.

Azvision.az hüquq müdafiəçilərinin prezidentin imzaladığı son əfv sərəncamı ilə bağlı minnətdarlıq müraciətini təqdim edir:
“Hörmətli cənab Prezident!

Novruz Bayramı ərəfəsində imzaladığınız növbəti Əfv Fərmanından duyduğumuz məmnunluğa görə Sizə dərin təşəkkürümüzü bildiririk. Siz bir daha sübut etdiniz ki, ölkəmizdə insan hüquqlarının bərqərar olması yönündə yaranan hər hansı bir məsələni heç bir xarici qüvvənin təsiri və müdaxiləsi olmadan özümüz həll etməyə qadirik.

Sizin imzaladığınız və humanistlik, insanpərvərlik hisslərinə söykənən Əfv Fərmanı nəticəsində siyahımızda adları çəkilən onlarca məhbus azadlığa çıxaraq yollarını gözləyən ailələrinə qovuşdular. Siyahıda keçmiş səhiyyə naziri Əli İnsanovun, AXCP üzvləri Gözəl Bayramlının, Fuad Qəhrəmanlının, gənc fəallar İlkin Rüstəmzadənin, Qiyas İbrahimovun, Bayram Məmmədovun, inanclı insanların və digər onlarca şəxsin olması Əfv Fərmanına böyük dəyər qatmış oldu”.

Müraciətdə daha sonra bildirilir: “Əfv fərmanının verilməsində Sizə ünvanladığımız müraciəti nəzərə almağınız bizim insan haqları müdafiəsi üzrə 30 illik fəaliyyətimizə verdiyiniz ən yüksək qiymətdir. Biz bundan sonra da Sizə arxalanaraq ölkəmizdə insan amilinin yüksək tutulması, cəmiyyətimizin azad, bütöv, bəşəri dəyərlər əsasında formalaşması uğrunda işimizi davam etdirəcəyik.

Bir daha Sizə təşəkkürümüzü bildirərək qarşıdan gələn milli bayramımız - Novruz Bayramı münasibətilə təbrik edir, Sizə cansağlığı, xalqımızın rifahı, Vətənimizin tərəqqisi yolunda apardığınız yorulmaz fəaliyyətinizdə uğurlar diləyirik”.

Azvision.az


Teqlər: Əfv   Prezident   İlhamƏliyev  





Xəbər lenti