Avropa İttifaqı Prezidentin əfv sərəncamını alqışladı

 Avropa İttifaqı Prezidentin əfv sərəncamını alqışladı
  18 Mart 2019    Oxunub:4953
Avropa İttifaqı (Aİ) Azərbaycan Prezidenti İlham Əliyevin Novruz bayramı ilə əlaqədar aralarında siyasi partiya, qeyri-hökumət təşkilatları üzvləri, bloger və jurnalistlərin də olduğu 400-dən çox məhbusu əfv etməsini alqışlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisinin mətbuat katibinin bəyanatında deyilir.

Bildirilir ki, Aİ Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq gələcəkdə də oxşar addımları davam etdirəcəyini gözləyir:

“Aİ əməkdaşlığı, eyni zamanda əlaqələrimizin vacib elementlərindən olan insan haqları sahəsində əlaqələri inkişaf etdirmək üçün Azəbaycanla işləməyə davam edəcək".

Azvision.az



Teqlər:   Sərəncam  





Xəbər lenti