Azay Quliyev Prezidentə təşəkkür etdi

 Azay Quliyev Prezidentə təşəkkür etdi
  16 Mart 2019    Oxunub:3761
Millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Azay Quliyev Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla bağlı münasibətini bildirib.
"Böyük bir humanistlik nümayiş etdirərək 431 nəfər məhkum olunmuş şəxsi əfv etdiyinə görə cənab Prezident İlham Əliyevə təşəkkür edirəm. Əminəm ki, bu xeyirxah addım on minlərlə vətəndaşı sevindirəcək, ölkədə ictimai barışı, vətəndaş-dövlət birliyini daha da möhkəmləndirəcəkdir", - deyə Azay Quliyev "Tvitter" səhifəsində yazıb.



Qeyd edək ki, 16 mart 2019-cu il tarixdə Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam ümumilikdə 431 nəfərə şamil olunacaq. Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxıldığı, məhkumların şəxsiyyətinin, səhhətinin, ailə vəziyyətinin, cəza çəkdikləri müddətdə davranışlarının nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib.

Azvision.az



Teqlər: Azay-Quliyev   Prezident   Əfv  





Xəbər lenti