Bakıda NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib

Bakıda NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib
  16 Mart 2019    Oxunub:1637
Bakıda Azərbaycan Respublikasının NATO ilə “Planlaşdırma və Analiz Prosesi (PAP) Tərəfdaşlıq Məqsədləri” sənədinin Müdafiə Nazirliyinə aid hissəsinin həyata keçirilməsi üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib.
Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə müdafiə sahəsində aparılan islahatlar, NATO ilə əməkdaşlıq, PAP proqramı üzrə tərəfdaşlıq məqsədlərinin yerinə yetirilməsi, əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi istiqamətində uzunmüddətli perspektiv planlar, eləcə də qarşılıqlı fəaliyyətin artırılması məsələləri müzakirə olunub.

Azvision.az



Teqlər: NATO   Müdafiə-Nazirliyi  





Xəbər lenti