“Yeni qatarlar bir neçə dəfə sərnişinsiz gedib-gələcək” - Cavid Qurbanov

 “Yeni qatarlar bir neçə dəfə sərnişinsiz gedib-gələcək” -    Cavid Qurbanov
  16 Mart 2019    Oxunub:2928
Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə sərnişin daşınması üçün sifariş olunan qatarlar hazırda Türkiyədə sınaqdan keçirilir.

Bu barədə Azvision.az -a eksklüziv açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-min sədri Cavid Qurbanov bildirib.
Qurum rəhbərinin sözlərinə görə, yeni alınan qatarlar bir ay müddətində Bakıya gətiriləcək: "Qatarlar bir neçə dəfə sərnişinsiz gedib-gələcək. Təhlükəsizlik yoxlanılacaq, təlimat hazırlanacaq. Bundan sonra tezliklə istifadəyə veriləcək".

Aytən Zəhra
Azvision.az



Teqlər: Cavid-Qurbanov   BTQ   Qatar  





Xəbər lenti