Aydın Səfixanlı İƏT-in komissiyasına üzv seçildi

   Aydın Səfixanlı İƏT-in komissiyasına üzv seçildi
  16 Mart 2019    Oxunub:2065
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına üzv seçilib.
Azərbaycan XİN-dən Azvision.az -a verilən məlumata əsasən, bu ilin 1-2 mart tarixlərində Abu-Dabidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası çərçivəsində İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvlüyünə seçkilər baş tutub.

Qruplar üzrə keçirilən seçkilərdə ölkəmizin də təmsil olunduğu Asiya qrupu üçün müəyyən olunmuş 3 vakant yerə 5 ölkənin, o cümlədən ölkəmizin namizdəliyi irəli sürülüb.

Seçkilər zamanı Azərbaycan namizədliyi mövcud 3 vakant yerə seçilmiş ölkələr arasında ən çox səs toplayan (Azərbaycan, Pakistan və Malayziya) tərəf olub.

Azvision.az



Teqlər: XİN   İƏT  





Xəbər lenti