Qubaya toya gedən qardaşlar yol qəzasında öldülər

Qubaya toya gedən qardaşlar yol qəzasında öldülər
  15 Mart 2019    Oxunub:4828
Sumqayıt şəhərində ağır yol qəzası baş verib.
Bakı-Quba yolunun Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adı məlum olub.

Hundai Elantra markalı 99 EA 934 dövlət nömrə nişanlı minik avtomobili, Kamaz markalı 09 BL 969 nömrəli yük maşınına arxadan çırpılıb.

Nəticədə hadisə zamanı minik avtomobilində olan 2 qardaş - 1998-ci il təvəllüdlü Zakiyev Mahir Məzahir oğlu və 1996-cı il təvəllüdlü Zəkiyev Mikayıl Məzahir oğlu ölüblər.

Yaralılar 1995-ci il təvəllüdlü Zabit Aslan oğlu Cəfər, Nəbiyev Cəbi Müdürxan oğlu və 2003 – cü il təvəllüdlü Zəkiyev Fərid Məzahir oğlu ağır vəziyyətdə Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, qəzada dünyasını dəyişən qardaşlar rentakardan avtomobil kirayə götürərək Qubada toya gedirlərmiş. Ölən qardaşlardan biri Polis əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır. (Report)



Azvision.az





Teqlər: Qəza  





Xəbər lenti