Ruhi xəstələr qapını qırıb qaçıblar - DİN-dən AÇIQLAMA

Ruhi xəstələr qapını qırıb qaçıblar - DİN-dən AÇIQLAMA
  16 Noyabr 2013    Oxunub:1027
Daxili İşlər Nazirliyi Ruhi Əsəb Dispanserindən qaçan ruhi xəstələrlə bağlı məlumat yayıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, noyabrın 15-də saat 06.15 radələrində Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasında müalicə olunan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 178, 181 və 310-cu maddələri ilə təqsirləndirilən Binəqədi rayon sakini Tural Abbasov, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirləndirilən Elvin Nəsrullayev və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə təqsirləndirilən Xırdalan şəhər sakini Razim Hacıyev və Şahbuz rayon sakini Yusif Məhərrəmov orada xidmətdə olan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, polis serjantı Vasif Rzaquliyevə və mülki mühafizəçi Tahir Dərgahova dəmir parçası ilə müqavimət göstərərək qapının qıfılını sındırıb oradan qaçıblar.


Teqlər:  





Xəbər lenti