Azərbaycanda 5 milyon 209 min 420 seçici var

  15 Mart 2019    Oxunub : 636
 Azərbaycanda 5 milyon 209 min 420 seçici var
Bu günə olan məlumata əsasən, hazırda Azərbaycanda 5 milyon 209 min 420 seçici var.

Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, seçicilərin 50,83 %-ni qadınlar, 49,17 %-ni isə kişilər təşkil edir.
MSK sədri qeyd edib ki, may ayının sonuna qədər seçici siyahılarının dəqiqləşdirmə prosesinin yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Əvvəlcə Komissiyanın 22 noyabr 2018-ci il tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib. Sonra MSK-nın bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi məsələsinə baxılıb və müvafiq dəyişikliklər təsdiq olunub.

İclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib. Həmçinin cari məsələlərə də baxılıb.

Azvision.az

Teqlər: MSK   Seçici