Əli Hüseynli Milli Qəhrəmanlara ev verilməsini xahiş etdi

Əli Hüseynli Milli Qəhrəmanlara ev verilməsini xahiş etdi
  15 Mart 2019    Oxunub:2617
“Hazırda sağ Milli Qəhrəmanlardan bir neçəsi mənzillə təmin olunmayıb. Baş nazir Novruz Məmmədovdan və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdən xahiş edirəm ki, onlar qəbul olunsun, problemləri həll edilsin”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Komitə sədri çıxışında Milli Qəhrəmanların statusunu tənzimləyən xüsusi qanunun qəbul edilməsi təklifinə münasibət bildirib: “Dövlət başçısının tapşırığı ilə müharibə iştirakçıları, əlillər, şəhid ailələri ilə bağlı bir sıra ciddi işlər görülür, Milli Qəhrəmanlara xüsusi diqqət yetirilir. Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Prezidentə və Milli Məclisə müraciət edərək onların statusunu tənzimləyən xüsusi qanunun qəbul edilməsini təklif ediblər. Bu gələcək müzakirələrin predmetidir”.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Milli-Məclis   Əli-Hüseynli  





Xəbər lenti