“Ölkəmizin daxili işlərinə qarışmağa cəhd edirlər” - Millət vəkili

  15 Mart 2019    Oxunub : 820
 “Ölkəmizin daxili işlərinə qarışmağa cəhd edirlər” - Millət vəkili
Azərbaycanda həyata keçirilən islahatları gözü götürməyən qüvvələr “yox” deyillər. Həm xaricdə oturub, həm də daxildə sapı özümüdən olanlar bunu edirlər.
Azvision.az xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, həmin şəxslər iddia edirlər ki, atılan addımlar onların təzyiqi vasitəsilə həyata keçirilib.

"Bir daha bəyan edirəm ki, bunlar prezident seçkilərindən sonra həyata keçirilən islahatların tərkib hissəsidir. Əfsuslar olsun ki, bəzi dövlətlərin qurumlarının hesabatlarında Azərbaycana qarşı qərəz hiss olunur. Azərbaycanın müstəqil siyasət yürütməsi, heç bir bloklara qoşulmaması, prezidentin öz xalqının maraqlarından çıxış etməsini gözügötürməyən dövlətlər müxtəlif bəhanələrlə öz ölkələrində baş verən hadisələri kənara qoyub, ölkəmizin daxili işlərinə qarışmağa cəhd ediirlər. Bunlar yersiz hərəkətlərdir, Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur. Ölkə başçısı xalqın maraqlarını istər ölkə daxilində, istərsə də xaricdə müdafiə edir. Ona görə də belə cəhdlər nəticəsiz qalacaq”.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: