“Dövlət siyasətinin mərkəzində vətəndaş durur” - Novruz Məmmədov

   “Dövlət siyasətinin mərkəzində vətəndaş durur” -    Novruz Məmmədov
  15 Mart 2019    Oxunub:2039
Ötən il avtomobil yollarının saxlanılmasına və ya təmirinə 1,7 milyard manat vəsait ayrılıb.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat çıxışında Baş nazir Novruz Məmmədov deyib.

Baş nazir bildirib ki, il ərzində 2000 km yol tikilib və ya təmir olunub: “Azərbaycan dəmir yollarının 220 km-lik hissəsində əsaslı təmir işləri həyata keçirilib. Həmçinin ötən il xaricdən 56 lokomotiv alınıb. Ləki-Qəbələ dəmir yolunun qurulması istiqamətində 14 km dəmir yolu çəkilib hazırda bu istiqamətdə işlər davam etdirilir”.

N.Məmmədov vurğulayıb ki, dövlət siyasətinin mərkəzində vətəndaş durur: “Vətəndaşın məmnunluğu dövlət xidmətlərinin keyfiyyət və asanlığının əsas göstəricisi hesab olunur. Bu istiqamətdə "ASAN Xidmət" mühüm yer tutur. 2018-ci ildə Mingəçevir, İmişli və Şəki "ASAN Xidmət" mərkəzləri istifadəyə verilib. Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. "ASAN xidmət" mərkəzlərində əhaliyə 315 növ xidmət göstərilir”.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər:





Xəbər lenti