Turki Al Faysal prezidentin qəbulunda - Yenilənib

Turki Al Faysal prezidentin qəbulunda -  Yenilənib
  15 Mart 2019    Oxunub:3326
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Səudiyyə Ərəbistanı Krallığının Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysalı qəbul edib.
Azvision.az xəbər verir ki, Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysal qəbula görə minnətdarlığını bildirdi. O, Bakıda keçirilən VII Qlobal Forumun əhəmiyyətinə toxunaraq, həmin tədbirdə çıxış etdiyini məmnunluqla qeyd etdi və eyni zamanda, bu tədbirin beynəlxalq əməkdaşlıq sahəsində özünəməxsus yer tutduğunu dedi. Qonaq Forumun Bakı şəhərində təşkil olunmasını düzgün bir seçim kimi dəyərləndirdi və eyni zamanda, bildirdi ki, Bakı qədim və müasir arxitekturanı özündə birləşdirən çox gözəl bir məkandır.

Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd edərək, bu Forumun fəaliyyətinin genişlənməsinin və mühüm beynəlxalq tədbirə çevrilməsinin önəmini vurğuladı. Dövlətimizin başçısı Turki Al Faysal ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq, həmin görüşlər zamanı səmərəli müzakirələrin aparıldığını bildirdi.

Söhbət zamanı Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə dəstək verməsinin əhəmiyyəti qeyd olundu.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident   TurkiAlFaysal  





Xəbər lenti