Parlament hökumətin hesabatını qəbul etdi - VİDEO (Yenilənib)

Parlament hökumətin hesabatını qəbul etdi -  VİDEO (Yenilənib)
  15 Mart 2019    Oxunub:6802
Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci ildəki fəaliyyəti üzrə hesabat müzakirə olunub.
Azvision.az xəbər verir ki, Baş nazir Novruz Məmmədov çıxışı zamanı ötən ilin Azərbaycan iqtisadiyyatı üçün uğurlu keçdiyini, ÜDM-in artdığını, valyutanın həcmində müsbət saldo yarandığını, hərbi büdcəyə artırılan vəsaitin artırıldığını vurğulayıb.

Müzakirələrdən sonra səsverməyə çıxarılaraq təsdiq edilib.



***
Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb.

Azvision.az xəbər verir ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 1 məsələ - Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabat daxildir. Plenar iclasda Baş nazir Novruz Məmmədov və hökumət üzvləri də iştirak edirlər.

İclası açıq elan edən Mili Məclisin sədri Oqtay Əsədov baş nazir Novruz Məmmədovu ad günü münasibətilə təbrik edib.

Hazırda Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyətinə dair illik hesabatı dinlənilir. Hesabatı Baş nazir Novruz Məmmədov təqdim edir.





Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti