Şəmkirdə oğurluq edən şəxslər tutulub

Şəmkirdə oğurluq edən şəxslər tutulub
  15 Mart 2019    Oxunub:1679
Şəmkir rayonunda oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, ötən ilin mayında Şəmkir rayon Polis Şöbəsinə rayonun Təzəkənd kəndində fərdi yaşayış evlərinin birində oğurluq hadisəsi baş verməsi barədə ərizə daxil olub. Dərhal Şəmkir RPŞ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər.

Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən ümumi dəyəri 3135 manat olan məişət əşyaları oğurlanıb. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri 48 yaşlı Afiq Hacıyev, 27 yaşlı İsmət Xəlilov və əvvəllər məhkum olunmuş 46 yaşlı Əfqan Alyarov saxlanılıblar.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri oğruluq hadisəsini etiraf ediblər və oğurladıqları məişət əşyalarını satdıqlarını deyiblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN   Şəmkir   Oğurluq  





Xəbər lenti