Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır

  14 Mart 2019    Oxunub : 1537
 Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır
Azərbaycan Respublikasının Prezident Administrasiyasının tapşırığına uyğun olaraq Komitə tərəfindən özbaşına və sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır.
Əmlak Məsələləri Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, yaxın zamanlarda həmin konsepsiya Azərbaycan Respublikasının Prezident Administrasiyasına təqdim ediləcək.

Eyni zamanda ölkə başçısının tapşırığına əsasən istismara qəbul edilmiş çoxmərtəbəli yaşayış binalarında yerləşən mənzillərin qeydiyyata alınması sahəsində bilavəsitə ünvanlarda sakinlərin çıxarışlarının verilməsi işlərinə başlanılmış və davam etdirilir.

Azvision.az

Teqlər: