Nəcməddin Sadıkov qərargah rəisləri ilə bir arada - FOTO

  14 Mart 2019    Oxunub : 789
Nəcməddin Sadıkov qərargah rəisləri ilə bir arada - FOTO
Martın 14-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Moskvada keçirilən MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, komitənin iclasında nümayəndə heyətlərinin rəhbərləri MDB çərçivəsində hərbi əməkdaşlığın müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıblar.



Azvision.az

Teqlər: Müdafiə-Nazirliyi   MDB   Nəcməddin-Sadıkov