Müəllimlərə sertifikatlar verilib

  14 Mart 2019    Oxunub : 727
Müəllimlərə sertifikatlar verilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində “Həyat bilgisi” fənnini tədris edən müəllimlərə sertifikatlar təqdim olunub.
BŞTİ-dən Azvision.az -a verilən məlumata görə, sertifikatlar 2018-2019-cu tədris ilinin noyabr-dekabr ayları ərzində maliyyə savadlılığının artırılması istiqamətində keçirilmiş təlimlərdə uğur qazanan müəllimlərə verilib. BŞTİ və Mərkəzi Bankın birgə əməkdaşlığı ilə reallaşan təlimlərin əsas məqsədi müəllimlərin iqtisadi bilik və bacarıqlarının artırılması, həmçinin iqtisadi biliklərin tədrisi zamanı onların əyani vəsait və elektron resurslarla təmin edilməsi olub.

Müxtəlif qruplar üzrə təşkil edilmiş təlimlərdə “Həyat bilgisi” və maliyyə savadlılığı, pul nişanları, istehlak büdcəsinin planlaşdırılması, mövcud resurslardan qənaətlə istifadə, qiymət, tələb və təklifin iqtisadiyyatda rolu, əmək və onun növlərinin iqtisadi proseslərdə rolu və istehsal infrastrukturları barədə təqdimatlar keçirilib, mövzular üzrə interaktiv oyunlara, çalışmalara yer verilib.

Təhsildə maliyyə savadlılığına dair təlimlərin davam etdirilməsi nəzərdə tutulur.

Azvision.az

Teqlər: Müəllim