Ukrayna siyasi səhnəsinin erməni “pərdəarxası” - ARAŞDIRMA+FOTOLAR

   Ukrayna siyasi səhnəsinin erməni “pərdəarxası” -    ARAŞDIRMA+FOTOLAR
  14 Mart 2019    Oxunub:19281

Dr. Fuad HİLALOV
Azvision.az üçün

Tarixən erməni diasporunun mövcüd olduğu ölkələrdə siyasi və iqtisadi proseslərə təsir etmə gücü hamıya məlumdur. ABŞ, Fransa və bu kimi dövlətlərdə erməni diasporu açıq şəkildə fəaliyyət göstərsələr də, müəyyən ölkələrdə ermənilər siyasi səhnənin pərdəarxası aktyorlarıdırlar. Belə ölkələrdən biri də Ukraynadır.

30 mart tarixində prezident seçkilərinin keçiriləcəyi Ukraynadakı əsas üç namizədin yaxın əlaqələrinə baxdığımızda ermənilərin bu ölkənin siyasi həyətındakı yeri və önəmi gözlərimiz önünə gəlir.

Ermənilərin “Xaç anası”

Ukrayna seçkilərinin əsas “favoritlərindən” olan Yuliya Timoşenkonun ermənilərlə əlaqəsi haqqında bütov bir kitab yazmaq olar. Ondan başlamaq lazımdır ki Timoşenkonun atası Vladimir Abramoviç Qriqyan adlı yarı yəhudi yarı ermənidir. Timoşenko, Yuliya Vladimirovnanın həyat yoldaşının soyadıdır. Erməniləriə olan qohumluq əlaqələri  gizlətməyə çalışsa da onun doğulduğu  Dnepr şəhərində ermənilərə yaratdığı şəraiti bütün yerliləri bilir.

Bu ermənilərin başında Arutyunovlar ailəsi və bu ailənin “xaç atası” olan “Qarik” ləqəbli Qaregin Arutyunov  gəlir.



Qaregin Arutyunov, 29.12.1964 tarixində Dnepropetrovsk şəhərində anadan olub. Ailənin kökləri Gürcüstan ermənilərindəndir. Ali təhsillidir. 2007-ci ildə Ukrayna Ali Radasına (parlament) Timoşenkonun rəhbərlik etdiyi Yuliya Timoşenko Bloku (BYUT)  siyahısı ilə deputat seçilib. Dnepr erməni icmasının rəhbəridir.

90-cı illərdə kriminal fəaliyyətlə məğul olub. Onun əsas hamisi isə Yuliya Timoşenkonun doğma xalası, şəhərin ən nüfüzlu insanlarından biri olan Antonina Ulyaxinadır. 2005-ci ilin avqustunda Dnepr (o vaxtkı adı Dnepropetrovsk) şəhərinin Mütəşəkkil Cinayətkarlığa qarşı idarəsinin rəisi Eduard Şevçenkonun şəhər restoranlarının birinin qarşısında güllələnərək öldürülməsini çoxları məhz “Qarikin” adı ilə bağlasa da, “hamiləri” onun həbsinə imkan vermədilər.



Bundan başqa, 2009-ci ilin 13 oktyabrında Dnepr şəhərinin Xarkovskaya küçəsində “Qarikin” rəqibi, 43 yaşlı nüfuzlu biznesmen Vyaçeslav Braqinski öz evinin yanında partlayıcı qurğunun işə salınması nəticəsində həlak oldu. Braqinski uzun illər torpaqların zəbti uğrunda Qariklə mübarizə aparırdı.

Qaregin Arutyunovun adı keçən bir başqa qalmaqal isə 2018-ci ilin fevralında keçmiş deputat və cinayətkar Aleksandr Şepelevin həbsi ilə bağlıdır. Rusiyadan Ukraynaya qaçmış və milyonlarla dolların mənimsənməsində günahlandırılan Şepelev Ukraynada məhz “Qarikin” evində gizlənirmiş. Amma Qaregin Arutyunov bu dəfə də sudan quru çıxa bildi. Ekspertlərin fikrincə onun bütün bu hadisələrdə əvəzolunmaz xilaskarı məhz Yuliya Timoşenkodur.

Hazırda Qarik Dneprdəkı bazarların əksəriyyətinə (şəhərin ən böyük və gəlirli bazarlarından olan “Slavyanskaya” və “Ozerka”) və torpaqların zorla ələ keçiriliməsinə nəzarət edir, eyni zamanda restoran və əyləncə obyektlərinin sahibidir. Bunlara qardaşı Robert, yaxın qohumu Lev və oğlu Rafael vasitəsiə ilə nəzarət edir.

Qarikin Robert adlı qardaşı isə Ukrayna mediasının diqqət dairəsinə 2017-ci ilin iyul ayında Dnepr şəhərinin elit məhəllərinin birindəki tikinti biznesi ilə bağlı qanlı razborkada iştirakı ilə düşüb. İki nəfərin ölümü, beş nəfərin yaralanması ilə nəticələnən bu qanlı “razborkada” tərəflərdən birini məhz Robert Arutyunov təmsil edib. Mübahisə isə elit tikintilərə nəzarət üstündə düşmüşdü.



Qaregin Arutyunovun oğlu Rafael isə Dneprin gecə həyatının əsas “qəhrəmanı” olaraq ad çıxartsa da atası onu zorla xeyriyyəçi kimi qələmə verməyə çalışır. Belə ki, 2018-ci ilin fevral ayının 17-sində erməni katolikosu II Qareginin rəhbərliyi ilə Dnepr şəhərində Müqəddəs Qriqori erməni kilsəsinin açılış mərasimi oldu. Mərasimdə vilayət və şəhərin rəhbərliyi tam heyətdə təmsil olunmuşdu. Maraqlı məqam odur ki mərasim vaxtı bütün ermənilərin katolikosu Qaregin II, kilsənin tikintisinin sponsoru kimi təqdim edilən  “Qarik”in oğlu Rafaelə Müqəddəs Qriqor ordeni, “Narik” ləqəbli Aleksandr Petrovski və Emil Arutyunyova (bu iki şəxs haqqında daha sonra ətraflı bəhs ediləcək) isə digər fəxri fərmanlar təqdim edib.



Timoşenkonun prezident olacağı təqdirdə onun xalası Antonina Ulyaxinanın ən yaxın adamları hesab olunan Arutyunovların nəinki Ukraynanın cənub şərqində bütün ölkə miqyasında əllərinə hansı imkan və hakimiyyətin keçəcəyini təxmin etmək olar.



Timoşenkonun arxasındakı bir digər erməni gücü isə Bakıda doğulmuş və hazırda Ukrayna Daxili işlər naziri vəzifəsində çalışan Arsen Borisoviç Avakovdur.

Məhz Avakov Ukraynada Daxili İşlər naziri təyin edildikdən sonra ölkə ərazisində azərbaycanlılara qarşı gizli təzyiqlər müşahidə olunmaqdadır. Hal hazırda Ukraynada itgin düşmüş azərbaycanlıların sayı onlarladır. Bir çoxları isə külli miqdarda girov qarşılığında canlarını qurtara biliblər. Onu da qeyd edək ki, Daxili işlər nazirliyinə rəhbərlikdən başqa Arsen Avakov eyni zamanda yari gizli yarı leqal ultra millətçi batalyonlara və kriminal , yarı hərbi dəstələrə başçılıq edir.

Avakovun Timoşenko ilə əlaqələrinə gəldikdə isə onu deyə bilərik ki, erməni nazirin hazırkı prezident Poroşenko münasibətləri heç vaxt ideal şəkildə olmayıb. Onunla ədavət güdən Avakovun əl altından Timoşenkonu dəstəklədiyi məlumdur.

Timoşenkonun “bəslədiyi” ermənilərdən bir başqası isə onun xalası Antonina Ulyaxina sadiqliyi ilə bilinən Mqer Kuyumçiyandır. Mqer Dnepr vilayət məclisi spikerinin müavinidir.

Kloun namizədin erməni “sağ əli”

Vladimir Zelenski Ukraynadakı prezident seçkilərinin ən gənc və eyni zamanda ən şanslı namizədi o hesab olunur. Ukrayna siyasi dairələrində ləqəbi “təlxək namizəd” və ya “Benyanın uşağı” (Benya dedikdə, Ukraynadakı ən qüdrətli oliqarxlardan və Vladimir Zelenskinin hamisi olan İqor Kolomoyski nəzərdə tutulur) deyə tanınan Zelenski, həqiqətən də şoumen, “Veçerniy Kvartal” satira teatrının rəhbəridir. Hal hazırda seçkilərdə reytinq siyahısında birinci yeri tutan Zelenskinin prezident seçkilərinin ikinci turuna keçəcəyi heç kimdə şübhə doğurmur.



Əslində ilk baxışdan bu qədər qeyri ciddi bir insanın namizədlər içində ən şanslı olması Ukraynadakı siyasi həyatının reallığını nümayiş etdirir. Biz isə maraqlandıran bu namizədin də arxasındakı hansı ermənilərin olmasıdır.

Beləliklə, tanış olun:

Mika Fatalov – əsl soyadı (Tosunyan). Mika Fatalov 1983-cü ildə Bakıda erməni ailəsində doğulub. Öz dediyinə görə babası, bir vaxtlar Bakının məşhur musiqiçilərindən olub. Mətbuata verdiyi bütün müsahiblərdə Fatalov Bakıda ermənilərin guya yaşadığı “dəhşətlərdən” gen bol danışmağı, Bakıdan necə qaçmaq məcburiyyətində qalmaqlarından nəql etməyi çox sevir.



Heç vaxt Bakıya getməyəcəyini xüsusilə vurğulayır. Maraqlı faktlardan biri də odur ki, rəsmi vəzifəsi “Veçerniy Kvartal” teatrının administratoru olsa da, Fatalov bütün seçki dövrü, əsas namizəd olan Zelenskinin yanından ayrılmır. Seçicilərlə bütün görüşlərdə  Zelenskinin yanından ayrılmayan Fatalovun prezidetnliyə namizəd – aktyor komikin “sağ əli” olduğunu deyə bilərik.



Və təbii ki Ukrayna prezidentliyinə namizədlərdən və onların ermənilərlə olan əlaqələrindən danışdığımız zaman hal hazırkı prezident Poroşenkodan danışmaya bilmərik.

Kriminal “xeyriyyəçilər”

Hakimiyyətdə olduğu dövrdə ölkənin cənub şərqində müharibənin davam etməsi, bir zamanlar güclü iqtisadiyyata malik ölkənin indi Afrikanın ən kasıb ölkələri ilə müqayisə olunacaq dərəcədə tənəzüllə uğraması və bunun nəticəsində milyonlarla insanın ölkəni birdəfəlik tərk etməsi və bu kimi sarsıdıcı məğlubiyyətlərin fonunda Poroşenkonun seçkilərə gedərkən ən əhəmiyyətli “kozırı” Ukrayna Pravoslav kilsəsinin Rusiya Pravoslav kilsəsindən ayrılmasıdır. Onun bu addımı istər ölkənin daxilində istərsə də xaricində istənilən effekti yaratmasa da hər halda bu “ayrılığı” özünün başlıca qələbəsi olaraq təqdim edən Poroşenkonun bu əməliyyatının arxasında... erməni mafioz qüvvələri durur.



Məsələ ondadır ki müstəqil pravoslav kilsəsi qurmaq üçün icazə – fərmanını, iqamətgahı İstanbulda yerləşən  Konstantinopol Pravoslav Kilsəsinin hazırki yepiskopu I Varfolomey verməli idi. Pravoslav xristian dünyasında təfriqə və qarşıdurmalara gətirib çıxaracaq bu riskli addımı atmaq müqabilində I Varfolomeyin bir sıra şərtləri var idi. Ukraynadakı kilsələrin, bu kilsələrin içindəki əmlakın ( bu yiz milyonlarla dollar sərvət deməkdir) onun nəzarətinə keçməsindən başqa o əvvəlcədən müəyyən bəxşişlər tələb edirdi. Və Ukraynadakı tədqiqatçıların araşdırmalarına görə  bu bəxşişin təmin olumnasını Poroşenko Dnepr şəhərində yaşayan qaranlıq keçmişə malik iki biznesmenə, “Narik” ləqəbli Aleksandr Petrovski (Nalelreşvili) və onun sağ əli, bir başqa erməni kriminal avtoritet Emil Arutyunyana tapşırdı. Və daha sonra Poroşenkonun kilsə xadimlərinin yanında bu erməni kriminal avtoriteti ilə şəkil çəkdirməsi istər KİV-də istər də sosial şəbəkələrdə böyük səs küyə səbəb oldu.
Hələ bu qalmaqallı fotolardan əvəl Ukrayna mətbuatında belə bir şayiə dolaşırdı ki məhz Nariklə onun erməni dostu Emil külli miqdarda nəğd pulla İstanbula uçaraq, Ukraynada yeni təriqətin yaranmasına icazə vermək üçün I Varfolomeyə rüşvət vermişdilər. 



Məsələnin ən tragikomik tərəfi ondadır ki, hələ bir neçə il bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasiliy Qriçak bu iki nəfəri Dnepr vilayətində mütəşəkkil cinayət dəstəsinə başçılıq etməkdə günahlandırmışdı. Onun sözlərinə görə, “Narik” və Emil 90-cı illərdə üskük fırlatmaqdan adam qaçırma, quldurluq, reket və bir çox cinayətlərin bir başça təşkilatçıları və iştirakçılarıdırlar.  Bu gün isə bu adamlar Ukrayna prezidentinin ən yaxın silahdaşları olaraq onunla birgə şəkillər çəkdirirlər.

Bəs Poroşenkonun “yeni dostlarından” olan Emil Arutyunov kimdir?

O, kriminal avtoritet Narikin yaxın silahdaşı, Dnepr şəhər məclisinin erməni deputatı Eduard Bağdasaryanın dostu və şəhərdəki ən məşhur əyləncə obyektlərindən biri olan “İkra” restoranın sahibidir. Adı əsasən xristian xeyriyyəçi layihələri ilə eşidilir. 2014-cü ildə baş verən dövlət çevrilişindən sonra şəhərdəki müxalif qüvvələrin silah gücünə əzilməsinə birbaşa rəhbərlik edənlərdən biri olan Emil Arutyunov kriminal dairələrlə çox sıx əlalələrinin olduğu məlumdur.



Ukraynalı ekspertlərin rəyinə görə Narik və onun erməni dostu Emil, Poroşenkonun tapşırığı ilə milyonlarla rüşvəti İstanbula boş yerə aparmayıblar. Əvəzində Poroşenko ölkə iqtisadiyyatında onlara külli miqdarda dividentlər gətirəcək layihələrdə onlara güzəştli şərtlər eyni zamanda bir əldən başqa ələ keçəcək kilsələrin qarətində onlara xüsusi paylar söz verib.

Dr. Fuad HİLALOV
Azvision.az üçün




Teqlər: Ukrayna   Ermənilər   Erməni-mafiyası  





Xəbər lenti