DGK-nın Çağrı mərkəzinə 4576 zəng daxil olub

DGK-nın Çağrı mərkəzinə 4576 zəng daxil olub
  09 Mart 2019    Oxunub:1627
Bu ilin fevral ayında Dövlət Gömrük Komitəsinin 195/6 Çağrı mərkəzinə 4576 zəng daxil olub.
Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Azvision.az -a verilən məlumata görə, daxil olan zənglərin 970-i elektron xidmətlər, 506-sı gömrük ödənişləri, 670-i fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar ilə bağlı olub. Həmçinin zəng edən şəxslərdən 418 nəfəri sərbəst dövriyyə üçün buraxılış gömrük prosedur və digər mövzularla bağlı müraciət ünvanlayıb.

Azvision.az



Teqlər: DGK  





Xəbər lenti