Yol polisindən maraqlı reyd - FOTOLAR

Yol polisindən maraqlı reyd -    FOTOLAR
  08 Mart 2019    Oxunub:2820
Hər il olduğu kimi, bu il də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə maraqlı reyd keçirib.
“Nümunəvi qadın sürücü” devizi altında keçirilən ənənəvi aksiya çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmayan xanım sürücülərə müxtəlif hədiyyələr təqdim edilir.

BŞDYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov jurnalistlərə bildirib ki, nümunəvi xanım sürücülərə avtomobili pulsuz yumaq, restoranda iki nəfərlik şam etmək, yanacaq doldurmaq üçün kuponlar təqdim edilir, həmçinin onlar pulsuz sığorta, telefon danışıq kartları, qida və kosmetik məhsullar, qablar və güllərlə mükafatlandırılırlar.

Aksiya bu gün axşam saatlarına qədər davam edəcək.









Azvision.az



Teqlər: DYP   Reyd  





Xəbər lenti