Kənd təsərrüfatına dair seminar keçirilib

Kənd təsərrüfatına dair seminar keçirilib
  07 Mart 2019    Oxunub:2411
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “SGS Azeri” MMC-nin təşkilatçılığı ilə sahibkarlar üçün “Kənd təsərrüfatı məhsullarının ixracı üzrə əkinçilik standartları və sertifikatlaşdırma prosesi” mövzusunda seminar keçirilib.
Agentlikdən Azvision.az -a verilən məlumata görə, tədbirdə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, bu sahədə idxal və ixracla məşğul olan 80-dək sahibkar iştirak edib.

Tədbirdə çıxış edən KOBİA-nın idarə heyətinin sədr müavini Faiq Abbasov agentliyin fəaliyyəti, sahibkarların məlumatlandırılması məqsədilə təşkil olunan təlim və seminarlar barədə məlumat verib.



“SGS Azeri” MMC-nin rəhbəri Seymur Ağayev isə tədbir iştirakçılarını seminarın məqsədi və mövzuları barədə məlumatlandırıb.

Seminarda yerli və xarici mütəxəssislərin “Kənd təsərrüfatı sahəsində keyfiyyətin artırılmasının inkişafına dəstək mexanizmləri”, “Toxumçuluğun inkişafı, prosesin optimallaşdırılması və texniki qulluq”, “Kənd təsərrüfatı məhsullarının beynəlxalq standartlara uyğun sertifikatlaşdırılması, ixrac coğrafiyasının genişləndirilməsi”, “Bitkiçilik sahəsində əsas standartlar və tələblər”, “Sertifikatlaşdırma prosesi və onun zəruriliyi” mövzularında məruzələri dinlənilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Azvision.az



Teqlər: Seminar  





Xəbər lenti