Azərbaycan və İtaliya hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirir

 Azərbaycan və İtaliya hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirir
  05 Mart 2019    Oxunub:2721
Müdafiə sənayesi nazirinin müavni Yəhya Musayev İtaliya Müdafiə Nazirliyinin müdafiə və milli silahlandırma üzrə baş katibi, general-leytenant Nikolo Falsapernanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, qonaqları salamlayan nazir müavini iki ölkə arasındakı mövcud əməkdaşlıqdan danışdı və İtaliyanın Azərbaycanın Avropadakı ən böyük iqtisadi tərəfdaşlarından biri olduğunu vurğulayıb. Yəhya Musayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və mövcud vəziyyətdə müdafiə sənayesinin Azərbaycan üçün əhəmiyyəti barədə məlumat verib.

Nazir müavini Müdafiə Sənayesi Nazirliyinin fəaliyyət istiqamətləri və bu günə qədər sahə üzrə əldə olunan uğurlardan danışıb. Bildirib ki, qısa zamanda fəaliyyətə başlayan nazirlik hazırda hərbi təyinatlı məmulatların yaradılması və istehsalı ilə yanaşı, qurulmuş hərbi-texniki əməkdaşlıq sayəsində məhsulların ixracını da həyata keçirir. İxrac inkanlarının genişləndirilməsi üçün beynəlxalq sərgilərdə iştirak xüsusi əhəmiyyət daşıyır.

Nikolo Falsaperna ölkəmizə ilk dəfə səfər etdiyini və bu səfərdən məmnunluq hissi duyduğunu bildirdi. İki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirlməsinin əhəmiyyətindən danışdı, bu istiqamətdə əlaqələrin inkişafı və reallaşdırılacaq birgə layihələrin hər iki ölkənin təhlükəsizliyinə xidmət edəcəyini qeyd edib. Tərəflər iki ölkə arasındakı mövcud əlaqələrdən məmnun olduqlarını və bu əlaqələrin hərbi-texniki sahədə əməkdaşlığın inkişafına müsbət təsir göstərəcəyini əminliklə vurğulayılar. Görüşdə İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari və digər rəsmi şəxslər iştirak edib.

Azvision.az


Teqlər: İtaliya   Azərbaycan  





Xəbər lenti