“Ermənilərin hamısı yalançıdır, bizi aldadırlar” - Allahşükür Paşazadə

 “Ermənilərin hamısı yalançıdır, bizi aldadırlar” -    Allahşükür Paşazadə
  05 Mart 2019    Oxunub:3841
"Dövləti müdafiə etmək həm də dövlət rəhbərinin fikirlərini müdafiə etmək, onun dediklərini yerinə yetirməkdir"

Azvision.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərin suallarını cavablandırarkən deyib.
QMİ sədri bildirib ki, bu gün xaricdə bəzi insanlar Azərbaycana zərbə vurmaq istəyirlər: "Bu gün biz dövlətimizi necə qoruyuruq? Ölkəni qorumaq onu avtomatla qorumaq deyil ki? Dövləti müdafiə etmək həm də dövlət rəhbərinin fikirlərini müdafiə etmək, onun dediklərini yerinə yetirməkdir. Bunun əksini edənlər dövlətçiliyimizi bilməyənlərdir. Bunu arxasında dayanan bəzi qüvvələr var".

Prezident İlham Əliyevin mədəniyyət işçiləri ilə görüşünə toxunan QMİ sədri ictimaiyyət xadimlərinin ona ünvanladığı suallara da münasibət bildirib: "Soruşuram, bu dövləti, onun rəhbərini qorumaq, onun dediklərini yerinə yetirmək üçün siz ziyalılar nə edirsiniz, atdığınız addımlar nələrdən ibarətdir?".

QMİ sədri, həmçinin erməni ictimaiyyətinin yalandığı olduğunu vurğulayıb: "Biz Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması ilə bağlı dəfələrlə məsələ qaldırmışıq, lakin hələ də həll olunmur. Ermənistan dövləti, milləti, dini insanları hamısı yalançıdır, bizi aldadırlar. Biz özümüz güclü, qüvvətli olmalıyıq ki, başqa dövlətlər də bizdən çəkinsinlər".

Aytən Zəhra
Azvision.az



Teqlər: QMİ   AllahşükürPaşazadə  





Xəbər lenti