Aşura günü yığılan qanın miqdarı açıqlandı

  15 Noyabr 2013    Oxunub : 582
Aşura günü yığılan qanın miqdarı açıqlandı
"Aşura günü" qan vermiş şəxslərin sayı açıqlanıb.
AzVision.az Səhiyyə nazirliyinin saytına istinadən xəbər verir ki, aksiyalar Bakı şəhərində ET Hematologiya və Transfuzioloqiya İnstitutunun Mərkəzi Qan Bankında, habelə Bakı şəhəri "Təzə pir", "Mir-Mövsüm ağa", "İçərişəhər Cümə", "Hacı Soltanəli", Keşlə qəsəbə məscidlərində, bölgələrdən Sumqayıt şəhər "Cümə məscidi"ndə, Gəncə şəhər "İmamzadə məscidi"ndə, Lənkəran şəhər "Böyükbazar məscidi"ndə, Mingəçevir şəhər "Heydər məscidi"ndə, Şəki şəhər "Cümə məscidi"ndə, Bərdə şəhər "Cümə məscidi"ndə, Mərkəzi Qan Bankının Quba və Şirvan bölmələrində təşkil edilib.

Təşkil olunmuş qanvermə aksiyalarda 4437 nəfər könüllü olaraq qan verib ki, nəticədə 1774.8 litr qan tədarük olunub.

AzVision.az


Teqlər: