Ramil Usubov polis rəisini işdən çıxarıb

  Ramil Usubov polis rəisini işdən çıxarıb
  04 Mart 2019    Oxunub:3008
Xocavənd rayon Polis şöbəsinin rəisi vəzifəsindən azad edilib.
Azvision.az Report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xocavənd rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Yadigar Hüsən oğlu Hüseynov tutduğu vəzifədən azad edilib. Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Y.Hüseynov bu vəzifəyə 2015-ci ildə təyin olunmuşdu.

Azvision.az



Teqlər: DİN   Rəis   Polis  





Xəbər lenti