Metroda qəzet və jurnal satışı dayandırıldı

Metroda qəzet və jurnal satışı dayandırıldı
  15 Noyabr 2013    Oxunub:2001
Həmçinin Rusiyadan gələn qəzet və jurnalların da qəbulu dayandırılıb
Mətbuat yayımı ilə məşğul olan “Metroservis”in köşkləri metro keçidlərindən yığışdırılır. Artıq ötən gün axsam saatlarından qəzet və jurnal satışı ilə məşğul olan satıcılara metrodan belə məhsulların yığışdırılımasına göstəriş verilib. Artıq bütun metrostansiyalarda qəzet, jurnal və kitab satışı həyata keçirilmir.

Satıcıların sözlərinə görə, bütün redaksiyalara məktub göndərilib ki, noyabrın 15-dən onlara qəzet verilməsin.

Səbəb kimi isə “Metroservis”in fəaliyyətinə xitam verilməsi göstərilir.

Onların sözlərinə görə, həmçinin Rusiyadan gələn qəzet və jurnalların da qəbulu dayandırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti