Gömrükdə qaçaqmalçılığın qarşısı alındı

Gömrükdə qaçaqmalçılığın qarşısı alındı
  04 Mart 2019    Oxunub:1321
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "BMW 318" markalı avtomobil idarənin "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda, qabaq sol tərəf qapının altında xüsusi düzədilmiş gizli saxlanc yerindən 180 ədəd müxtəlif markalı telefonlara aid ekranlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Gömrük   DGK  





Xəbər lenti