Həmkəndlisinin evindən oğurluq edən saxlanılıb

Həmkəndlisinin evindən oğurluq edən saxlanılıb
  04 Mart 2019    Oxunub:1470
Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Aşağı Tala kənd sakini martın 2-də evinin həyətyanı sahəsindən 7 kisə fındığın oğurlanması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, müraciət əsasında rayon polis şöbəsi əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxs müəyyən olunub. O, şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib.

Həmin şəxslə bağlı aparılan araşdırmalar zamanı onun Zaqatala rayon sakini 29 yaşlı Mühiddin Tahirov olduğu müəyyənləşib. Dindirilmə zamanı M.Tahirov ümumi çəkisi 210 kiloqram olan 7 kisə fındığı oğurladığını etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Cinayət   Oğurluq  





Xəbər lenti