Tərtərdə ermənilər üçün videoçəkiliş aparan Rusiya vətəndaşı saxlanıldı

   Tərtərdə ermənilər üçün videoçəkiliş aparan Rusiya vətəndaşı saxlanıldı
  03 Mart 2019    Oxunub:4360
Tərtərdə videoçəkiliş aparan Rusiya vətəndaşı saxlanılıb.
Azvision.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Bəyimsarov kəndində baş verib.

Kənddə çəkiliş aparan Rusiyanın Krasnodar vilayətinin sakini İdiqov Alu Alamaxmadoviç polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Naftalan şəhərində sanatoriyada olan İ.A.Alamaxmadoviç video və foto çəkilişlərini erməni dostu üçün edib. İ.A. Alamaxmadoviç polisə ifadəsində bildirib ki, onunla eyni şəhərdə yaşayan erməni dostu anasının Qarabağ müharibəsindən əvvəl orda yaşadığını, indi kəndi və evini görmək istədiyini deyib. O, telefonundakı xüsusi proqram vasitəsilə Tərtərə gələrək kəndi və həmin evi tapib.

Polis araşdırmadan sonra videoçəkilişləri silib, İ.A.Alamaxmadoviç bundan sonra sərbəst buraxılıb.

Azvision.az



Teqlər:





Xəbər lenti