“İşsizin DOSTu” proqramına 29 min işsiz cəlb edilib

   “İşsizin DOSTu” proqramına 29 min işsiz cəlb edilib
  02 Mart 2019    Oxunub:2426
“İşsizin DOSTu” proqramı çərçivəsində cari ilin 2 ayı ərzində 29 min şəxs haqqı ödənilən ictimai işlərə cəlb edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, həmin şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanıb.
Nazirlikdən bildirilib ki, proqram Bakı ilə yanaşı, regionlarda yaşayan insanları da əhatə edir. Ümumilikdə bu il “İşsizin DOSTu” proqramı çərçivəsində işsiz və işaxtaran şəxslərin ödənişli ictimai işlərə cəlb edilməsi üçün 80 milyon manat vəsait ayrılıb.

Qeyd edək ki, 2019-cu ilin əvvəlindən reallaşan proqram çərçivəsində respublikamızın rayon və şəhərləri üzrə 30 minədək şəxsin ödənişli ictimai işlərə cəlb edilməsi nəzərdə tutulub.

Aytən Zəhra
Azvision.az



Teqlər: ƏƏSMN  





Xəbər lenti