“Əbülfəs Qarayevdən soruşdum, kim qadağa qoyub sizə?” - Prezident (VİDEO)

 “Əbülfəs Qarayevdən soruşdum, kim qadağa qoyub sizə?” -  Prezident (VİDEO)
  02 Mart 2019    Oxunub:14173
Əməkdar artist Tahir İmanov ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşü zamanı bəzi televiziyaların onların fəaliyyətinə qadağa qoyduğunu bildirib.
Azvision.az -ın məlumatına görə, Prezident İlham Əliyev Tahir İmanovun şikayətinə dərhal cavab verib: "Mən Tahir İmanovun sözlərini də şərh etmək istərdim. Mən bilmirəm, Əbülfəs Qarayevdən soruşdum, kim qadağa qoyub sizə? Sizə heç kim qadağa qoya bilməz. Əgər qadağanı kim qoyub, de, biz bu qadağanı aradan götürək".



Tahir İmanov : Özəl telekanallar qoyub qadağanı.

Prezident İlham Əliyev : Özəl telekanallar? Hesab edirəm ki, onlar səhv ediblər. Onlara da məsləhət görürəm, tövsiyə edirəm ki, əgər doğrudan da bu qadağa varsa, tamamilə götürülməlidir. Hesab edirəm ki, bütün televiziya kanalları sizin kimi istedadlı insanlar üçün açıq olmalıdır.

Tahir İmanov : Təşəkkür edirik.

Prezident İlham Əliyev: Mən şadam ki, bu məsələni sən qaldırmısan. Çünki görünür ki, burada hansısa anlaşılmazlıq olub. Yəni, dövlət xətti ilə sizə heç bir qadağa qoyula bilməz. Mən sizi artıq 20 ildən çoxdur ki, tanıyıram. Əvvəlki illərdə yaxşı təmaslarımız olubdur. Bu gün də sizin fəaliyyətinizi izləyirəm. Gördüyünüz işlərlə bağlı mənə müntəzəm olaraq məlumat verilir. Şadam ki, siz öz fəaliyyət dairənizi genişləndirirsiniz. Siz çox istedadlı insanlarsınız və Azərbaycan xalqı sizi çox sevir.

Tahir İmanov : Çox sağ olun.

Azvision.az



Teqlər: İlham-Əliyev  





Xəbər lenti