Ukrayna telekanalı Xocalı ilə bağlı süjet yayımlayıb - VİDEO

   Ukrayna telekanalı Xocalı ilə bağlı süjet yayımlayıb -    VİDEO
  01 Mart 2019    Oxunub:2219
Ukraynanın tanınmış 1+1 telekanalı Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı geniş süjet yayımlayıb. Telekanalın jurnalisti Bakıda olaraq Xocalı soyqırımının şahidlərini danışdırıb.
Bu barədə Azvision.az -a Azərbaycanın Ukraynadakı səfirliyindən bildirilib.

Sujetdə qeyd olunub ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın bir milyona yaxın qaçqın və məcburi köçkünü var. Azərbaycanın 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Ukraynalı jurnalist vurğulayıb ki, Xocalıda azərbaycanlılara qarşı törədilən kütləvi qırğına görə, hər ilin fevralın 26-sı Xocalı soyqırımı kimi qeyd olunur. Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilib.



Azvision.az



Teqlər: Ukrayna   Xocalı  





Xəbər lenti