Azərbaycanda yeni televiziya açılacaq

   Azərbaycanda yeni televiziya açılacaq
  28 Fevral 2019    Oxunub:3195
Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
Şuradan Azvision.az -a verilən məlumata görə, iclasda yeni xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılıb və ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tеzlik rеsursuna martın 11-dən aprelın 11-dək müsabiqə elan edilib.

İclasda həmçinin “MEDİAART” şirkətinin kabel şəbəkəsi yayımı üçün lisenziya alınmasına dair müraciətinə baxılıb və ona abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib.

Azvision.az


Teqlər: TV  





Xəbər lenti