Azərbaycanda qızılca xəstəliyi qeydə alınıb - Nazirdən əmr

Azərbaycanda qızılca xəstəliyi qeydə alınıb -  Nazirdən əmr
  28 Fevral 2019    Oxunub:2308
Səhiyyə naziri Oqtay Şirəliyev ölkədə qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair əmr imzalayıb.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, 2018-ci ildə Avropanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanla həmsərhəd olan Gürcüstan və Rusiya Federasiyasında qızılca xəstəliyinin alovlanması və həmin ölkələrdən Azərbaycana gətirilmə halları qeydə alınıb.

Qabaqlayıcı tədbirlərlə xəstəliyin qarşısını almaq məqsədi ilə imzalanan əmrdə Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə 2019-cu ilin mart-aprel aylarında qızılca xəstəliyi qeyd olunan Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında 20-40 yaşlı əhali arasında qızılcaya qarşı təmizləyici immunlaşdırma tədbirlərinin keçirilməsi tapşırılır.

Ambulator-poliklinik müəssisələrdə briqadaların təşkili, peyvənd aparılacaq tibb məntəqələrində müvafiq şəraitin yaradılması əks olunub. Eyni zamanda Əmrdə immunlaşdırma tədbirlərinin həyata keçirilməsində yerli tibb müəssisələrinə metodiki köməklik göstərilməsi, bölgüyə əsasən qızılca məxmərək vaksininin yerlərə çatdırılmasının təminatı tapşırıqları da verilib.

Azvision.az


Teqlər: Nazir   Əmr   Xəstəlik  





Xəbər lenti