“Bəzi müsəlman ölkəsi var ki, düşmənimizə dəstək verir” - Komitə rəsmisi

“Bəzi müsəlman ölkəsi var ki, düşmənimizə dəstək verir” -    Komitə rəsmisi
  28 Fevral 2019    Oxunub:4736
"Elə müsəlman ölkəsi var ki, Azərbaycana qarşı təhdidlərdə iştirakçıdır. Hətta bizə təzyiq göstərənlərə dəstək verən də var"

Azvision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.
Komitə rəsmi bildirib ki, bu gün Azərbaycan istər müsəlman, istər Qərb ölkələri üçün ən böyük töhfəni verir, dinlərarası, mədəniyyətlərarası və sivilsaziyalararası diaqloun, əməkdaşlığın və tərəfdaşlığın güclənməsinə əməli səylər göstərir: "İkinci belə bir dövlət yoxdur. Azərbaycanın bu siyasəti dünya birliyi tərəfindən yüksək dəyərləndirilir. Əksər müsəlman ölkələri Azərbaycana dəstək verir, lakin müsəlman ölkəsi var ki, Azərbaycana düşmən olan ölkəyə dəstək verir. Özünü müsəlman dünyasının beşiyi adlandırsa da, amma müsəlman dünyasının parçalanmasına, məzhəbçiliyin yayılmasına və müsəlman ölkəsinə divan tutmuş ölkəyə dəstək verirməsi qəbul edilməzdir. Necə ola bilər ki, Xocalı kimi faciəni törətmiş Ermənistanla müsəlman ölkəsi dostluq etsin. Bu, islama ziddir".

S.Heydərov qeyd edib ki, bu gün bəzi Qərb dövlətləri məqsədliyönlü şəkildə islamafobiya siyasəti yürüdərək onun yayılmasına şərait yaradırlar: "Azərbaycanın həyata keçirdiyi siyasət isə onların bu istiqamətdə fəaliyyətini puça çıxardır. Məhz bəzi Qərb dövlətlərindən Azərbaycana qarşı yönləndirilən təzyiq və təhdidlərin başlıca səbəblərindən biri də budur. Onlar Azərbaycanı zəif görmək istəyirlər. Bizim milli maraqlar naminə fəaliyyətimiz onları qane etmir və öz maraqları naminə Azərbaycana qarşı təhdid və təzyiqləri səngimir. Buna görə də əvvəllər Azərbaycana siyasi müstəvidə təzyiqlər edirdilərsə, indi dini müstəvidə təzyiqlər mövcuddur. Təəssüflər olsun ki, buna dəstək edənlər arasında müsəlman ölkəsi də vardır".

Aytən Zəhra
Azvision.az



Teqlər: Komitə   Səyavuş-Heydərov  





Xəbər lenti