Rusiyalı deputatların Xocalı yürüşünə qatılması İrəvanı təşvişə saldı

  Rusiyalı deputatların Xocalı yürüşünə qatılması İrəvanı təşvişə saldı
  28 Fevral 2019    Oxunub:2277
Rusiyalı deputatların Bakıda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar keçirilən ümumxalq yürüşündə iştirakı Ermənistanın Rusiyadakı səfirinin bəyanatla çıxış etməsinə səbəb olub.
Azvision.az AzərTac-a istinadən xəbər verir ki, insanlığa xas olan elementar humanizm dəyərlərini anlaya bilməyən səfir Vardan Toqonyan bildirib ki, “parlamentarilərin motivləri erməni tərəfinə aydın deyil və onların Bakı ilə həmrəylik nümayiş etdirmələrini, bu cür aksiyalarda hansı məqsədlə iştirak etmələrini anlaya bilmir”.

Xocalıda yüzlərlə dinc azərbaycanlını vəhşicəsinə qətlə yetirən dövlətin diplomatı rusiyalı deputatların bu nəcib hərəkətini özünün nanəcib bəyanatında “antierməni xarakterli” adlandırıb və onların bu addımının guya regionda etimad atmosferinə zərbə vurduğunu söyləyib. O, dünyanın ən nüfuzlu dövlətlərindən birinin parlament üzvlərini Bakının ermənilər əleyhinə təbliğat-təşviqat kampaniyasında iştirak etməkdə günahlandırıb. Regionda etimad atmosferinə gəldikdə isə, hamıya məlumdur ki, onu korlayan yeganə ölkə məhz Ermənistandır.

Erməni səfir bəyanatının sonunda ənənəvi erməni demaqogiyası prizmasından çıxış edərək, guya Rusiya-Ermənistan dostluq körpüsü qurulmasına xələl gətirən parlamentarilərin bu hərəkətinə qarşı tədbir görülməsi üçün Rusiya hökumətinə müraciət edib. Lakin diplomat anlaya bilməyib ki, hətta Dövlət Dumasında Ermənistanla dostluq qrupunun üzvü olan deputat İrina Rodninanın Xocalı yürüşündə iştirakı hansısa antierməni təbliğatının yox, ermənilərin qəddarlıqla qətlə yetirdikləri qadın, uşaq və qocaların ruhuna ehtiramın əlamətidir.

Azvision.az


Teqlər: İrəvan   Rusiya   Deputat   Xocalı  





Xəbər lenti