Zurabişvili ziyafətdə Əli bəy Hüseynzadəni xatırladı

 Zurabişvili ziyafətdə Əli bəy Hüseynzadəni xatırladı
  28 Fevral 2019    Oxunub:1722
“Azərbaycanın böyük tarixi şəxsiyyətini – Əli bəy Hüseynzadəni xatırlamaq istərdim. O, Azərbaycanın “Türkləşmə, islamlaşma və avropalaşma” adlı dirçəliş proqramının müəllifidir”
Azvision.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin adından onun şərəfinə verilən ziyafətdə deyib.

Çıxışı zamanı Əli bəy Hüseynzadədən bəhs edən xanım prezident bildirib: "Biz gürcülər üçün isə belə qəhrəman İlya Çavçavadzedir. O, “Vətən, dil, din” kəlamını bizim milli şüarımıza çevirərək avropalaşma ideyasını təbliğ edirdi.

Gürcülər və azərbaycanlılar azadlığa və dövlət quruculuğuna gedən yolu birlikdə keçiblər. Bu yol bu gün artıq bizim ümumi məqsədlərimizi müəyyən edir".

Azvision.az



Teqlər: Gürcüstan  





Xəbər lenti