Zurabişvili şimal-qərb bölgəsində sakinlərlə görüşəcək

   Zurabişvili şimal-qərb bölgəsində sakinlərlə görüşəcək
  27 Fevral 2019    Oxunub:1525
Hazırda ölkəmizdə səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycanın şimal-qərb bölgəsinə səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin gürcü həmkarı ilə görüşdən sonra mətbuata bəyanatla çıxışında bildirilib.

"Şadam ki, xanım Prezident Azərbaycanın şimal-qərb bölgəsinə səfər edəcək, orada yerli vətəndaşlarla görüşəcək, o cümlədən gürcü əsilli vətəndaşlarla. Bu, əlbəttə ki, onlar üçün də çox mühüm hadisə olacaq. Əminəm ki, orada yaşayan digər xalqların nümayəndələri də buna sevinəcəklər. Eyni zamanda, ölkəmizin gözəl guşəsi ilə tanışlıq əminəm ki, Sizdə xoş təəssürat yaradacaqdır", - deyə Prezidentin bəyanatında qeyd olunub.

Azvision.az



Teqlər: Zurabişvili   Prezident  





Xəbər lenti